• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 sentyabr 2025-ci il

    Heydər Əliyev fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Berlin Filarmoniyasının solistləri Bakı Musiqi Akademiyasında ustad dərsi keçdilər.

    24 sentyabr 2025-ci il tarixində Bakı Musiqi Akademiyasının Kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olundu.

    Ustad dərsə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, əcnəbi musiqiçiləri hər kəsə təqdim etdi.

    Trio tərkibində çıxış edən tanınmış musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ward (skripka) BMA tələbələri ilə ustad dərsi keçdilər.

    Ustad dərsdə ifa etdilər:

    Özcan Cabbari (violin)

     Maya İsmayıllı (fortepiano) 

    M.Ravel-Volin Sonata No.2  1-ci hissə;

    Kənan Bağırov 1-ci kurs 

    N.Paqanini-“Moisey” fantaziyası;

    Fidan Musayeva 3-cü kurs

    P.İ.Çaykovski -“Düçüncə”;

    Surə Həsənli 11-ci sinif

    M.Ravel-“Qaraçı”.

    Ustad dərsi zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, əcnəbi musiqiçilərdən  məsləhətlər aldılar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirildi.

    Tədbirdə BMA-nın professor-müəllim heyəti və tələbələri iştirak etdilər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğuladılar.

    Berlin Filarmoniyası solistlərinin ustad dərsi Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri kimi musiqi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildi.