12 may 2025-ci il
12 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Konsertmeyster ustalığı” kafedrasının müəllimi Gülnarə Əhmədzadənin açıq dərsi keçirildi.
Açıq dərsdə ifa olunan əsərin fortepiano partiyasının texniki çətinliklərinin həlli məsələləri müzakirə edilib, vokalçını dinləmək bacarıqları üzərində işlənildi.
Təqdim olunan açıq dərsdə “Konsertmeyster ustalığı” kafedrasının müdiri, Əməkdar müəllim, professor Gülnarə Acalova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.