• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2025-ci il

    17 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının müəllimi Alla Əfəndiyevanın açıq dərsi keçirildi. 

    Öncə A.Əfəndiyeva ifa olunacaq əsərin müəllifi, onun yaradıcılığı və əsər haqqında məlumat verdi. Sonra əsərin texniki, bədii tərəfləri üzərində işlənildi. 

    Təqdim olunan açıq dərsdə BMA-nın “Fortepiano” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Nəzakət Rimazi, “İxtisas fortepiano” kafedrasının müdiri, Əməkdar artist, professor Samirə Aşumova, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.

    Tədris prosesini izləyən müəllim və tələbələr dərsin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, belə elmi-praktik seminarların gənc pianoçuların  peşəkar inkişafında mühüm rol oynadığını vurğuladılar.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqi təhsili sahəsində innovativ yanaşmaları və akademik mühitin inkişafına yönəlmiş tədbirləri ilə ölkəmizin aparıcı musiqi ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.