26 dekabr 2024-cü il
“Metodika və xüsusi pedaqojı hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərsləri
26 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin İxtisas musiqi məktəb-studiya şagirdləri ilə növbəti açıq dərsləri keçirilmişdir. Təqdimat “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, professor Elnarə Məmmədova, BMA-nın professoru, Metodiki şuranın üzvü Lalə Cəfərova və həmin kafedranın pedaqoqları – dosentlər M.Tuayeva, S.Sultanova, V.Kuznetsov, baş müəllimlər A.İsmayılova, N.Qulamova və müəllim F.Hüseynovun iştirakı ilə baş tutmuşdur.
BMA-nın fortepiano ixtisası üzrə 3-cü kurs tələbələri – Mədinə Əliyeva, Aytən Müslimova, Fidan Əmirova, Nuranə Mehrəliyeva, Faida Hüseynova, zərb alətləri ixtisası üzrə 4-cü kurs tələbəsi Kamil Hüseynzadə, nəfəs alətləri ixtisası üzrə (truba) 3-cü kurs tələbəsi Tofiq Balaoğlanov Məktəb-studiyanın fortepiano ixtisası üzrə 3-cü sinif şagirdləri – Mehriban Abbaslı, Mədinə Musayeva, 4-cü sinif şagirdləri – Safira Bayramova, Minaxanım Mirzəbəyli, zərb alətləri ixtisası üzrə 9-cu sinif şagirdi Məhəmmədəli İbrahimov, nəfəs alətləri ixtisası üzrə (truba) 2-ci sinif şagirdi Elşad Məmmədli ilə açıq dərslərini təqdim etdilər.
Məktəb-studiyanın açıq dərsdə iştirak edən müəllimləri – Əməkdar müəllimlər A.Əliyeva və dos. M.Tuayeva, dos. G.Quliyeva, dos. S.Sultanova, N.Əliverdizadə, F.Hüseynovun tələbələrə ünvanladığı suallar ətraflı şəkildə cavablandırıldı.
Açıq dərslərdə hər bir əsərin obrazının açılması üçün ifadə vasitələrinin düzgün təqdimatı şagirdlər tərəfindən diqqətə alındı. Auditoriya qarşısında uğurlu dərs prosesini keçirən tələbələr artıq müəllimlik peşəsinin məsuliyyətini anladıqlarını nümayiş etdirdilər.
Musiqişünas Tutu Hüseynova