• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2024-cü il

    24 Dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənlər” kafedrasının baş müəllimi Xavər Səfərovanın “Tarix-Nəzəriyyə” fakültəsinin Musiqişünaslıq ixtisası üzrə I kurs tələbələri ilə keçirdiyi “Azərbaycanda ərəb əsarəti” mövzusuna həsr olunmuş açıq dərsi baş tutmuşdur. Açıq dərs zamanı tələbələrin hazırladığı slayd təqdimatlar və mühazirələr marağa səbəb olmuşdur. Tələbələrdən Sevinc Hüseynova, Ayşən Rəfizadə xilafət haqqında və ərəblərin islam dinini yaymasından geniş bəhs etmişlər. Müəllim Xavər Səfərova Ərəblərin Azərbaycan torpaqlarını VIII əsrin II yarısında işğal etməsindən, səekərdə Cavanşirin xarici siyasətindən, Babəkin rəhbərliyi altında Xalq Azadlıq hərəkatından, Cavanşir və Babəkin Azərbaycançılıq ideyasından, torpaqlarımızın qorunması, ərazimizin bütövlüyü, suverenliyi barədə məlumat vermişdir. Keçirilən açıq dərs zamanı I kurs tələbəsi NəzrinMəmmədova mövzu ilə bağlı çıxış etmişdir. Açıq dərsdə iştirak edən “Tarix -Nəzəriyyə” fakültəsinin dekanı Gülzar xanım Mahmudova öz müsbət rəyini bildirmişdir.