• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2024-cü il

    2024-cü il dekabrın 10-11 tarixlərində Azərbaycan violin məktəbinin inkişafında böyük rol oynamış əməkdar müəllim, professor Hokuma Aliyeva Qazaxıstanda keçirilən Aytkeş Tolqanbayev adına l Beynəlxalq violin müsabiqəsinə münsiflər heyətinin fəxri üzvü kimi dəvət aldı. İki mərhələdən ibarət olan müsabiqədə Hökümə xanımın dəyərli məsləhətləri Qazaxıstan musiqiçiləri tərəfindən yüksək qiymətləndirildi. Bir ustad kimi Azərbaycan violin məktəbinin seçilən nümayəndəsi olan Hökümə Əliyeva öz bilik və yüksək səviyyəli ustad bacarıqları ilə böyük rəğbət qazanmış və Azərbaycan violin məktəbinin gücünü respublikamızın hüdudlarından kənarda layiqli təmsil etmişdir.
    Hökümə xanımın ustadlıq dərsinin işığına yığışan violin ifaçılarının böyük ordusu  ustadımızın dərsindən, onun peşəkar ifaçılıq texnikasının incə məqamlarından və illərlə topladığı təcrübə mücrüsünün incilərindən faydalanaraq, ustadımızı mütəmadi dərslər aparmaq üçün növbəti sənət görüşlərini səbrsizliklə gözlədiklərini bildirdilər.   Mukan Tolebayev adına musiqi kollecinin dərin təşəkkür məktubu və diplomu ilə təltif olunan Hökümə xanımı ürəkdən təbrik edirik. Fəxr edirik ki, Azərbaycan musiqi mədəniyyətinin belə layiqli təmsilçiləri var.