• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2024-cü il

    19 dekabr 2024-cü il  tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” kafedrasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Lalə Cəfərovanın Nəfəs və zərb alətləri orkestrinin “Partitura qiraəti” fənni üzrə açıq dərsi keçirildi. 

    Onu da qeyd edək ki, açıq dərsdə BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti, professor Yusif Axundzadə, dosent Fikrət Məmmədov, dosent Rafiq Əhmədov və digər kafedraların tələbələri iştirak edirdilər.

    Açıq dərsdə 4-cü kurs tələbələri iştirak etdilər. 

    Qeyd etmək lazımdır ki, müəllim dərsi tələbələrlə dialoq formasında keçdi. Belə ki, tələbələr müəllimin verdiyi sualları -  nəfəs alətlərinin diapozon, transportlarını, nəfəs alətlərinin ifa texnikaları, onların partiturada quruluşu və partitura qiraətində əsas funksiyalarını tam dolğun şəkildə cavablandırdılar. 

    Ümumilikdə dərs çox canlı və maraqlı gedişatı ilə fərqli idi. Burada müəllimin xüsusi metodikası sayəsində demək olar ki, hər bir tələbə tam kursu çox ətraflı şəkildə izah edirdilər. 

    “Nəfəs və zərb alətləri” kafedrasının müdiri professor Yusif Axundzadə Lalə Cəfərovanın dərs metodikası haqqında yüksək fikirlərini söylədi və müəllimin dərs metodikasının düzgün qurulduğunu qeyd etdi. 

    Açıq dərsdə iştirak edən müəllimlər Lalə Cəfərova və onun tələbələrinə uğurlar arzuladılar.