• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2024-cü il

    16 dekabr  2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin Orta İxtisas Musiqi Məktəb-Studiyası şagirdləri  ilə açıq dərsi keçirildi. 

    Açıq dərsdə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosentləri M.Tuayeva, S.Sultanova, V.Kuznetsov, baş müəllim A.İsmayılova, N.Qulamova, müəllim F.Hüseynovun tələbələri - Faidə Hüseynova,  Mədinə Əliyeva, Nuranə Mehrəliyeva, Kamil Hüseynzadə, Aytən Muslimova, Tofiq Balaoğlanov çıxış etdilər.

    Dərs prosesində əsərlər üzərində texniki çətin hissələr işlənilmiş, səslərin melodik axınının düzgün aparılması öyrənilmiş və əsərlərinin ifaçılıq xüsusiyyətləri təhlil olunmuşdur. 

     Təqdim olunan açıq dərsdə Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişdir.