• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 dekabr 2024-cü il

    14 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Federasiyasının məşhur caz ifaçısı Yakov Okunun ustad dərsi keçirildi.
    Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, istedadlı musiqiçini tamaşaçılara təqdim etdi.
    O da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dəyərli musiqiçilərlə bu  musiqi ocağında görüşməkdən məmnun olduğunu vurğuladı. 
    Ustad dərsdə Chick Coreanın “Armando’s Rhumba”, Antonio Carlos Jobimin “The Girl From Ipanema”, Duke Ellingtonun “Take The A Train”, 
    Duke Ellingtonun “Caravan” (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi Hidayət Sadıqbəyli), R.Şumanın “Грезы”, F.Skryabinin Etüd 12 op.8 (BMA-nın məzunu Rəşid Behbudov), “Stella by starlight” (Milli Konservatoriyanın tələbəsi Cavanşir Abdullalı), “F blues” (Milli Konservatoriyanın tələbəsi Nicat Quliyev), Billie’s Bounce Charlie Parker, On green dolphin street-Bronislau Kaper (İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Məhəmməd Allahverdiyev) əsərləri üzərində işlənildi. 
    Gənc ifaçılar peşəkar musiqiçidən faydalı məsləhət və tövsiyələr aldılar.