5 dekabr 2024-cü il
5 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano, orqan və klavesin” kafedrasının dosenti Tofiyə Cavadovanın “Ümumi fortepiano” fənni üzrə açıq dərsi keçirildi.
Açıq dərsdə Tofiyə Cavadova öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi. Sonra əsərdəki texniki çətin hissələr öyrənilmiş, ifa zamanı melodik axının düzgün aparılması, səslərin dolğunluğu üzərində işlənildi.
Təqdim olunan açıq dərsdə kafedra müdiri professor Afaq Rüstəmova, Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova, kafedranın digər müəllim və tələbə heyəti iştirak etdilər.