• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 oktyabr 2024-cü il

    2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor,

    Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar. 

    Qeyd edək ki, Qalina Mayarovskaya BMA-nın məzunu olmuşdur.

    Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları qarşılamış və Qalina Mayarovska ilə doğma BMA-nın dəhlizlərində dolaşaraq, qayğısız tələbəlik illərini yada salıb, gənclik illərinin təəssüratları ilə bölüşdülər.

    21 oktyabrda professorların ustad dərsləri keçirildi.

    Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinski Azərbaycan Dövlət Xor Kapellasının ifaçıları ilə çalışır və baş tutacaq konsert proqramının məşqlərini etmişlər. Onun rəhbərliyi ilə onlar rus və Azərbaycan musiqisinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəklər.

    Beynəlxalq müsabiqələr laureatı, Qnesin adına Rusiya Musiqi Akademiyasının  “Solo ifaçılıq” kafedrasının professoru Yekaterina Starodubrovskayanın vokal üzrə ustad dərsləri də baş tutdu. Onun rəhbərliyi ilə gənc vokal ifaçılar - Bakı Musiqi Akademiyasının tələbələri sənətlərini  daha da təkmilləşdirməyə müvəffəq olmuşlar. 

    Rusiya Federasiyasının əməkdar artisti, Qnesin adına Rusiya Musiqi Akademiyasının Violin və viola kafedrasının müdiri Aleksey Koşvanets tələbələr üçün ustad dərsi keçərək, öz bilik və təcrübəsini gənc skripka ifaçıları ilə bölüşdü.

    Nəzərə çatdırmaq istərdik ki, səfər çərçivəsində 22 oktyabr tarixində Qnesin adına Rusiya Musiqi Akademiyasının prorektoru, sənətşünaslıq doktoru, psixologiya elmləri doktoru Dina Kirnarskayanın “Musiqi sənətinin cəmiyyətdə və təhsil sistemində təbliği” mövzusunda mühazirəsi keçiriləcəkdir.

    Yaradıcılıq məktəbinin əsas hadisəsi iki Akademiya arasında anlaşma memorandumunun imzalanması oldu. İki aparıcı universitet üçün gələcək üçün böyük perspektivlər açan bu sənədi rektorlar: Azərbaycan tərəfdən Xalq artisti Fərhad Bədəlbəyli və Rusiya tərəfdən Aleksandr Rıjinski imzaladılar.

    Onu da qeyd edək ki, Rusiya Musiqi Akademiyasının prezidenti Qalina Mayarovska da BMA-nın rektoru Fərhad Bədəlbəyli ilə görüşmüş, memorandumun imzalanmasında iştirak etmişdir.