20 sentyabr 2024-cü il
20 sentyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Quartet de Les essences (Almaniya) kvartetinin tələbələrlə ustad dərsi keçirildi.
Öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, istedadlı musiqiçiləri tamaşaçılara təqdim etdi.
Onlar da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dəyərli musiqiçilərlə bu musiqi ocağında görüşməkdən məmnun olduqlarını vurğuladılar.
Ustad dərsdə S.Raxmaninovun Elegik trio N1 g moll (Trio: professor Kəmalə Neymanova, tələbələr Fatimə Misirli, Orxan Cumayev), K.Sen-Sansın Rondo Capriccioso op. 28 (Özcan Cabbari 3-cü kurs), P.İ.Çaykovskinin “Vals skerzo” (Kənan Məmmədzadə 3-cü kurs) əsərləri üzərində işlənildi.
Gənc ifaçılar peşəkar musiqiçilərdən faydalı məsləhət və tövsiyələr aldılar.