• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2024-cü il

    25 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının tələbələrinin “Musiqi müəllimliyi” ixtisasının tələbələri ilə açıq dərsi keçirildi. 

    Açıq dərsdə  “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosentləri Həqiqət Yusifova, Nərgiz Əlizadə, baş müəllimlər Arzu İsmayılova, Nairə Qulamovanın tələbələri çıxış etdilər.

    Dərs prosesində Q.Qarayevin “Yeddi gözəl baletindən “Vals”, Paxulskinin “Arzular”, Ə.Mustafazadə “Dreaming”, V.Mustafazadənin “Mart”, A.Məlikovun Prelüdiya N.2, F.Əmirovun Ekspromt N.2, “Xatirə”, Masazın Etüd N.6 əsərlərinin ifaçılıq xüsusiyyətləri təhlil olundu.

    İl boyu tələbələrin pedaqoji təcrübəsinin formalaşması və təkmilləşməsi prosesində dəyərli fikirlərini əsirgəməyən, düzgün istiqamətə yönləndirən BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri professor Elnarə Məmmədova və kafedranın digər müəllim heyəti iştirak etdilər.

    Açıq dərslərin keçirilməsi pedaqoji təcrübə tədrisində olduqca vacib amillərdəndir. Məhz bu məqamlar gələcək müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə imkan yaradır.