• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 may 2023-cü il

    24 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan SABAH qruplarının İncəsənət Festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Kollecində Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın ustad dərsi keçirildi. 

    Ustad dərsdə Nərminə xanım gənc musiqiçilərə istənilən əsəri ifa etmədən öncə, bəstəkarın həyatını, yaşadığı dövrü öyrənməyi məsləhət görmüş, sonra öyrəndiklərini əsərdə tətbiq etməyi tövsiyə etdi. Professor hər tələbənin ifa imkanlarını nəzərə alaraq, onlarla əsər üzərində düzgün işləmə metodları haqqında söhbətlər apardı.