• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr  2022-ci il

    19 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Konsertmeyster ustalığı” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Venera Məmmədovanın açıq dərsi keçirildi.

    Açıq dərsdə BMA-nın tələbələri Camalə Məmmədzadə (II kurs) Edvard Qriqin “Сердце поэта”, Nəzrin Məhərrəmli (II kurs) Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyası, Fatimə Əskərova (III kurs) Sergey Raxmaninovun “Смеркалось”, Firuzə Bəylərova  (magistr, I kurs) Cuzeppe Verdinin “Traviata” operasından Violettanın səhnəsi və ariyası əsərləri üzərində işlədilər.

    İş prosesində Venera Məmmədova bəstəkarın yaradıcılığının üslub xüsusiyyətləri haqqında məlumat verərək, öz bilik və təcrübəsini gənc ifaçılarla bölüşdü.

    Açıq dərsdə V.Məmmədova vokal ifaçılığında fortepiano müşayiətinin ifa çətinliklərinin həlli yollarını nümayiş etdirdi.

    Tələbələr müəllim V.Məmmədovadan dəyərli məsləhət və tövsiyələr aldılar.