26 may 2026-cı il
Azərbaycan Tibb Universitetinin, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin müəllimləri, əməkdaşları və tələbələri arasında keçirilən idman yarışlarının yekununda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçüncü yeri qazanmışdır.
BMA-nın idman klubunun müdiri Kəmalə Əhmədovanın təşəbbüsü ilə keçirilən yarışlara qatılan bütün iştirakçıları təbrik edir, uğurlar arzu edirik!

