• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 may 2026-cı il

    2026-cı il 1-3 may tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində "Поющий рояль"  adlı pianoçuların Beynəlxalq müsabiqəsi  keçirilmişdir. 

    Beynəlxalq müsabiqədə səkkiz ölkənin nümayəndələri müxtəlif yaş kateqoriyalarında iştirak edirdilər. Azərbaycan nümayəndə heyətinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva  rəhbərlik edirdi. Ü.Hacıbəyli adına BMA-nın III kurs tələbəsi Günel Günaşova (müəllim:professor Afaq Rüstəmova) I yerə, Məktəb Studiyanın 4-cü sinif şagirdi Uğur Həşimzadə ( müəllim:Anna İsrafilova) öz yaş kateqoriyasında II yerə layiq görülmüşlər. Ü.Hacıbəyli adına BMA - nın prorektoru, professor Nərminə Quliyeva Daşkənd Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin üzvü olmaqla yanaşı, Daşkənd Dövlət Kanservatoriyasında ustad dərslər də keçirtmişdir. Professor Nərminə Quliyeva  eyni zamanda Daşkənd Dövlət Konservatoriyasının rəhbər şəxsləri ilə görüşmüş və  onlar yaxın zamanda Daşkənd Dövlət Konservatoriyası ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası  arasında  qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanacağı barədə razılığa gəlmişlər.