27 yanvar 2026-cı il
27 yanvar 2026-cı ildə Astanada keçirilən “Azerbaijan stars” ikinci beynəlxalq müsabiqədə Əməkdar artist, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının professoru Elnarə Kəbirlinskayanın birinci kurs tələbəsi Əsmər Hacızadə Gran-pri mükafatına layiq görülmüşdür.
Müəllim Elnarə xanım Kəbirlinskayaya da diplom və təşəkkürnamə təqdim edilmişdir.
Bu münasibətlə müəllim və tələbəni təbrik edir, uğurlar arzu edirik!


