23 dekabr 2024-cü il
2024-cü il 22-23 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “World Harmony” VII Beynəlxalq müsabiqəsi çərçivəsində müxtəlif kateqoriyalar üzrə istedadlı musiqiçilər çıxış etdilər.
22 dekabr tarixində BMA-nın Böyük zalında I və ll kateqoriyada fortepiano, kiçik zalda simli alətlər (violin, viola, cello), 8 nömrəli Qara Qarayev adına İncəsənət Gimnaziyasında Ümumi fortepiano və Konsertmeyster ustalığı ixtisasları üzrə, 23 dekabr tarixində isə Böyük zalda fortepiano aləti, Kiçik zalda isə ansambl, vokal ixtisasları üzrə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, İtaliyadan olan iştirakçılar çıxış etdilər.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, həmsədri Əməkdar müəllim, professor Nərminə Quliyeva, münsiflər heyətinin üzvləri isə müxtəlif ölkələrdən olan tanınmış musiqiçilərdir.