• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4  dekabr 2024-cü il

    4  dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) birgə əməkdaşlığı ilə həyata keçirdiyi “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının gənclər

    paytaxtı 2024” beynəlxalq proqramının bağlanış mərasimi çərçivəsində İslam dünyası gənc klassik musiqi ifaçılarının XII beynəlxalq müsabiqəsi təşkil olundu. Ənənəvi müsabiqə Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə gerçəkləşmişdir.

    Qeyd edək ki, münsiflər heyətinin sədri Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə  prorektoru, professor Yeganə Axundova, münsiflər heyətinin üzvləri isə Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Akdeniz – Anadolu Universitetinin pedaqoqu Hüseyn Bülent (Türkiyə), Özbəkistan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin baş pedaqoqu

    Cənnət Muratova (Özbəkistan), Qazaxıstan Milli Konservatoriyasının instrumental ifaçılıq fakültəsinin pedaqoqu Zarina Aytekova (Qazaxıstan), “Şəhriyyar” Özəl İncəsənət Kolecinin baş müəllimi Solmaz Balaei (İran), Başqırdıstan Respublikasının Əməkdar İncəsənət xadimi, Ufa  Dövlət incəsənət Akademiyasının zərb və nəfəs alətləri kafedrasının müdiri, professor  Lydia Fomenkodur.

    Müsabiqəyə ölkəmizlə yanaşı, Türkiyə, Başqırdıstan (Rusiya Federasiyası), İran, Özbəkistan və Qazaxıstandan ifaçılar yarışmaya onlayn formatda qatılmışlar.

    Münsiflər heyətinin qərarına əsasən, Mədinə Nurəliyeva (fortepiano, Azərbaycan) müsabiqənin Qran pri mükafatına layiq görüldü.

    Kiçik qrup üzrə fortepiano nominasiyasında Aylin Mahmudova I, Dəniz Veysəlzadə II,

    Duyğu Fərruxzadə, Vüsal Sultanlı (hər üçü Azərbaycan) III yeri qazandılar.

    Kiçik qrup üzrə orkestr nominasiyasında Cəlalə İsmayılzadə I, Mikayıl Məmmədli II (hər ikisi Azərbaycan), Qapçuk Arina (Qazaxıstan) və Recep Tuna Yıldrım (Türkiyə) III yerə layiq görüldülər.

    Böyük qrupda fortepiano nominasiyası üzrə Zümrüd Əlizadə I, Mehin Zaliyeva (hər ikisi Azərbaycan) II, Sultanbek Mahsuddinov (Özbəkistan) III yer oldular.

    Böyük qrupda orkestr nominasiyası üzrə ölkəmizdən Aydan Hacıəhmədova birinci yeri qazandı. Tamila Abdraşeva (Qazaxıstan), Vadim Şitov (Başqırdıstan, RF) II,  Zarina Riskali (Qazaxıstan) və Yaroslava Ovçinnikova (Başqırdıstan, RF) III yerə layiq görüldülər.

    “Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə” həvəsləndirici mükafat isə iranlı Jedari Seifi Elyana (fortepiano) qismət oldu.