• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 noyabr 2022 il

    Opera və Balet Teatrının Solisti, Respub­lika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa birincisi və Gənclər Mükafatçısı Urfan Cəfərov  vətənimiz adına yenə böyük qələbə qazandı.

    28 noyabr 2022-ci il tarixində İngiltərənin London şəhərində keçirilən "Golden Time Talent 2022" Beynəlxalq Opera ifaçılarının  vokal müsabiqəsində dünyanın 18 ölkə arasında UNESCO-nun Prezidenti olmaqla, 53 unikal tərkibli münsiflər heyətinin rəyi ilə Urfan Cəfərov maksimum 100 balla Gran Pri qazanaraq Qızıl Səs adına layiq görülmüşdür. Qeyd edək ki, Azərbaycan ilk dəfə bu yarışmada iştirak edir ve Erməni ifaçı ilə rəqabətdə bu qələbə qazanılmışdır.

    Onu da vurğulamaq lazımdır ki,  2022-ci ildə Amerikanın New York şəhərində "American Protégé International Vocal Competition 2022" Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsindən Urfan Cəfərov 21 ölkə iş­tirakçısı arasından l yerin qalibi ol­du və yenə də Azərbaycan ilk dəfə olaraq bu nəal­iyyəti qazandı. Onun səsi "Azərbaycan" mahnısı ilə ən pres­tijli dünya səhnəsin­də səslənəcəkdir.

     Vokalçı səsi və səhnə mədəniyyəti ilə münsiflər heyətini heyran etməyə müvəffəq oldu. Bununla da o,​ “Carnegie Hall”da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazandı.

    Qeyd edək ki, Urfan Cəfərov Azərbaycanın Xalq artisti, professor, dünyaşöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olmuş, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.