• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 İyul 2022 il

    8 İyul 2022-ci il tarixində  İtaliya-Qazaxıstanda keçirilən (onlayn) III Beynəlxalq vocal-instrumental “Adagio” müsabiqəsində İxtisas-fortepiano” kafedrasının tələbəsi Mahmudova Aygül Grand Pri mükafatına layiq görülmüşdür. Müəllim Nilüfər Tabasaranskaya təşəkkürnamə diplomu ilə təltif edilmişdir.

    30 İyul 2022-ci il tarixində Qazaxıstanda keçirilən (onlayn)  VI Beynəlxalq “Scarlet Sails”incəsənət müsabiqəsində “İxtisas-fortepiano” kafedrasının tələbəsi Mahmudova Aygül Grand Pri mükafatına layiq görülmüşdür (Müəllim Nilüfər Tabasaranskayanın sinfi).

     29 avqust 2022-ci il tarixində Qazaxıstanda keçirilən (onlayn) I Beynəlxalq “Grand Victoria” incəsənət müsabiqəsində “İxtisas-fortepiano” kafedrasının tələbəsi Mahmudova Aygül Grand Pri mükafatına layiq görülmüşdür (Müəllim Nilüfər Tabasaranskayanın sinfi).

     8 Sentyabr 2022-ci il tarixində Qazaxıstanda keçirilən (onlayn) III Beynəlxalq vokal-instrumental “Arte-İtaliana” müsabiqəsində 17-20 yaş kateqoriyası üzrə “İxtisas-fortepiano” kafedrasının tələbəsi Mahmudova Aygül Grand Pri mükafatına layiq görülmüşdür (Müəllim Nilüfər Tabasaranskayanın sinfi).

     10 Oktyabr 2022-ci il tarixində Fransa-Qazaxıstanda keçirilən ) III Beynəlxalq vokal-instrumental “Olimpia” müsabiqəsində 17-20 yaş kateqoriyası üzrə “İxtisas-fortepiano” kafedrasının tələbəsi Mahmudova Aygül II yer qazanmışdır Müəllim Nilüfər Tabasaranskaya diplomla təltif edilmişdir.