30 sentyabr 2022 il
30 sentyabr 2022-ci il tarixində ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi "İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) XI Beynəlxalq Müsabiqəsi"nin finalı baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsiylə bağlı sərəncamını rəhbər tutaraq, müsabiqə görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuşdur.
Qonaqlar arasında iştirakçılar, musiqi mütəxəssisləri, həmçinin bir çox dövlət və özəl qurumların nümayəndələri yer almışdır. Tədbir üç hissədən ibarət keçirildi. Birinci- rəsmi hissədə “Kainat Gənclik Mərkəzi”nin direktoru Kamran Rəsulzadə və beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, Azərbaycanın Xalq Artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə xanım Axundova çıxış edərək qonaqları salamlayaraq, müsabiqənin əhəmiyyətindən söz açdılar. Eyni zamanda Yeganə xanım qaliblərin siyahısından ibarət olan zərfi aparıcıya tədim etdi.
İkinci hissədə artıq hər kəs qalibləri, nominantları və ən əsası, Qran-pri mükafatçısını tanıdı. Onlara, xüsusi diplom və hədiyyələr təqdim olundu. Yekunda isə gənc ifaçıların iştirakı ilə tamaşaçılar klassik musiqi əsərlərindən zövq aldılar.
Belə ki, bu il Azərbaycan da daxil olmaqla,Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılmışdır. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edirdi (o həmçinin beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür).
Müsabiqənin münsiflər heyətində-
1. Özbəkistan Respublikasından – RÜSTƏM ŞÜKÜROV, Daşkənd Musiqi Məktəbinin pedaqoqu.
2. İran İslam Respublikasından – YAHYA İSMAELZADEH, Musiqi Məktəbinin pedaqoqu
3. Qazaxıstan Respublikasından – ZARİNA AYTEKOVA, Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrının musiqi müəllimi.
4. YELENA SLANİNA - Rusiya Federasiyası, Başqırdıstan Uşaq İncəsənət məktəbinin direktoru, beynəlxalq müsabiqələr laureatı.
5. TUĞBA TAMER TÜRELİ (Turkiyə) - T.C. Simfonik Orkestrinin və İdarə Heyətinin üzvü, Haccetepe
Universitetinin Dövlət Konservatoriyasının skripka müəllimi.
6. BƏHRAM DOLİYEV - Maya Quliyeva adına Türkmən Milli Konservatoriyasının Simli alətlər kafedrasının müəllimi -(Türkmənistan)
7. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva – Azərbaycan.
8. Münsiflər heyətinin sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti, pianoçu-bəstəkar, professor Yeganə xanım Axundova yer almışdır.
Qeyd edək ki, "İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) XI Beynəlxalq müsabiqəsi"nin qalibləri aşağıdakılardır:
KİÇİK YAŞ QRUPU, ORKESTR NOMiNASiYASI-
I YER- SURƏ HƏSƏNLİ – AZƏRBAYCAN
II YER – SAMİR AYUPOV – ÖZBƏKİSTAN
III YER –KARAKAT BAŞANOVA – QAZAXISTAN;
KİÇİK YAŞ QRUPU, FORTEPİANO NOMINASIYASI-
I YER – HÜSEYN QULİYEV – AZƏRBAYCAN
II YER – AYNUR OTUZOVA – TÜRKMƏNİSTAN
III YER – XALİDƏ QOCAYEVA –AZƏRBAYCAN;
BÖYÜK YAŞ QRUPU, ORKESTR NOMİNASİYASI-
I YER - DARYA VALEYEVA - BAŞQIRDISTAN.RUSİYA FEDERASİYASI
II YER – KOVUS BAŞIMOV – TÜRKMƏNİSTAN
III YER –DƏRYA KENESBEK –QAZAXISTAN;
BÖYÜK YAŞ QRUPU, FORTEPİANO NOMİNASİYASI-
I YER -ASADBEK İSMAİLOV - ÖZBƏKİSTAN
II YER - LEYLA HÜSEYNZADƏ -AZƏRBAYCAN
III YER - MAHNI HACIHƏSƏNZADƏ – İRAN;
GRAN-PRİ mükafatçısı- TURNA HÜSEYN - TÜRKİYƏ.
Təşkilat Komitəsi tərəfindən təsis etdiyi həvəsləndirici mükafatlar:
1.“Ən kiçik iştirakçı” nominasiyası, Sofiya Velilyayeva, 8 yaş, Özbəkistan,
2.“Azərbaycan bəstəkarının əsərinin mahir ifasına görə” Anna Mirzayeva, Özbəkistan,
3.“Fərqli ifa manerasına görə” Juk Artemiy, Özbəkistan.
Sonda qaliblər diplom və sertifikatlarla təltif olunmuşlar.