• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 dekabr 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası  “Solo oxuma və opera hazırlığı”  kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı Məmmədova Güllübəyim Abı qızı 7 dekabr 2020-ci il tarixində Qazaxıstanda təşkil olunan “Astana stars”  V Beynəlxalq online festival-müsabiqədə çıxış etmişdir.

    Bu festival çərçivəsində “Аяулы Астана” adlı müsabiqədə akademik vokal ifaçılığı üzrə 1-ci yerə layiq görülmüş, eləcədə münsiflər heyyəti onun çıxışını yüksək dəyərləndirərək  “Təşəkkürnamə” ilə təltif etmişlər.

     Məmmədova Güllübəyim 15 dekabr 2020-ci il tarixdə Qazaxıstanda təşkil olunan “Astana stars” festival çərçivəsində  Beynəlxalq-vokal  “Bel canto” müsabiqəsində də akademik vokal ifaçılığı üzrə çıxış edərək Qran-Pri mükafatına layiq görülmüş və xüsusi  “Təşəkkürnamə” ilə mükafatlandırılmışdır. Məmmədova Güllübəyimi “Bel canto” müsabiqəsində  Bakı Musiqi Akademiyasının müəllimi, konsertmeyster Babayeva Vüsalə müşayət etmiş və “Təşəkkürnamə” ilə təltif olunmuşdur.