• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr 2020-ci il

    “Tarın atası” Sadıqcan

    Mahmudova Mahnur

    Tarixi-nəzəriyyə fakültəsi

    Musiqişünas I kurs

    “Tarın atası” Sadıqcan

    Azərbaycanın incəsənət və poeziyasının böyük irsi Qarabağa, xüsusi ilə də Şuşa şəhərinə aid olması  hamıya məlumdur. Şuşa Azərbaycanın dilbər guşəsi olmaqla yanaşı demək olar ki, Şərqin mədəniyyət mərkəzlərindən biri olmuşdur.

    Söylədiyimiz bu fikri tarixi faktlarla əsaslandıra bilərik. 600-ə yaxın memarlıq abidəsi, 8 mədəniyyət evi, 8 muzey, 22 ümumitəhsil məktəbi, 31 kitabxanası mövcud olan Şuşa şəhəri bütün bunlarla yanaşı, Azərbaycan incəsənətinə və ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Bülbül, Sadıqcan, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Bədəl bəy Bəşir oğlu Bədəlbəyov[1], Mir Möhsün Nəvvab Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli və başqalarının adlarını qeyd edə bilərik.

     Bu qədər dəyərli incəsənət və incəsənət xadimlərinin yetişdiyi məkan haqqında  Ümummilli lider Heydər Əliyevin dedikləri söz yadıma düşür: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini məhz bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.[2]

    Qarabağın, Şuşanın bizim musiqi mədəniyyətimizə bəxş etdiyi ən görkəmli incəsənət xadimlərindən biri də Sadıqcan kimi tanınan Mirzə Sadıq  Əsədoğludur.

    O Azərbaycan tar ifaçılığı tarixində sözün əsl mənasında böyük şəxsiyyət hesab olunur. Tar alətinin inkişafında, bu alətin geniş imkanlarını üzə çıxarılmasında onun əvəzsiz xidmətləri olmuşdur. Belə şəxsləri Azərbaycan mədəniyyətinin iftixarı adlandırsaq heç də yanılmarıq. 19-cu yüzillikdə çalğı musiqimizin intibah mədəniyyətini yaradanlardan və bayraqdarlarından olan müasir tarımızın atası Mirzə Sadıq Əsədoğlu hesab olunur.

    Sadıqcanın tarını “sehirli” tar özünü isə tarın “atası” adlandırmışdılar. Onun

    Əsərləri çox təəssüf ki, günümüzə qədər əlimizə gəlib çatmamışdır. Biz onları sadəcə qramofon vallarından dinləyə bilərik.

    Sadıqcan Azərbaycan mədəniyyətinin şöhrətli mərkəzində- onlarca musiqiçi şair yazıçı yetişdirmiş Zaqafqaziyanın Konservatoriyası Şuşa qalasında dünyaya gəlmişdir.Onun müəllimi Mirzə Ələsgər olmuşdur.Mirzə Ələsgərin eyni zamanda gözəl səsi var idi. O məclislərə dəvət olunanada tar kamança çalar və məclisdəkiləri gözəl səsi ilə heyran qoyardı.

    İri əlləri və uzun güclü barmaqları olan Sadıq qısa müddətdə özünün yüksək qabiliyyəti nəticəsində tar çalmaq sənətinə yiyələnir. Və hətta müasirlərinin sözlərinə görə məharətli tar çalmağı ilə müəllimini geridə qoyur. Elə bu məqam  məni təəcübləndirdi və təsir etdi. Demək bu şəxsiyyətin düşüncə gücü yaradıcılıq qabiliyyəti o dərəcədə yüksəkdir ki, öz müəlliminin səviyyəsinin hüdudlarını aşa bilimişdir. Və belə nəticəyə gəlmək olar ki, onun tar çalğısı və bu sahədə istedadı heç bir kəsə bənzəmir. Diqqətinizə çatdırımaq istərdik ki, Sadıqcanın əzmli çalışqanlığı onu xalq arasında  yüksəltmiş və bunun nəticəsində tanınmış sənətkarların ona heyran qalmasına səbəb olmuşdur.

    Bir gün Sadıq tar çalarkən ustadı Ələsgər belə demişdir: “Kaş mənim dövlətim Sadıqda onun barmaqları isə məndə olardı”.[3] Mənə elə gəlir ki sənətə düşkünlüyün izahı belə təsir gücündə və başqa sözlə heç cür ifadə oluna bilməzdi.

    Sadıqcan tar sənətinin sirrlərinə bələd olmaqla yetinməmiş alətini də dəyişməyi də gözə alımışdır. Bu onun cəsarətindən və sənətdə olan səlisliyindən irəli gəlir. O tarı təkmilləşdirərək bu alətdə olan virtioz oyunlarını genişləndirmişdir.Tarın qolunda olan bir çox pərdələri atıb 17 pərdə saxlamışdır.

    Tarın səsini gücləndirmək üçün birinci qoşa ağ və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cingənə simi əlavə etmişdir. Tarın səs çalarını artırmaq, həm də lazım gəldikdə xüsusi sürətdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı yəni bəm səslənən bir qalın sarı boş sim də artıtmışdır. Sonra o tarın çanağının içərisinə ağac dayağı dəb salır. Bundan əlavə tarın qolunun yuxarısında yəni  kəlləyə yaxın yerində əlavə pərdə bağlatmaqla  lal barmaq üslubunu icad edib. Sadıqcana qədər tarı diz üzərində çalardılar . Sadıqcan bu qaydanı ləğv edib tarı ilk dəfə sinəsi üzərinə almağa başladı. Bu faktı tar alətinin ifaçılıq tərzində novatorluq[4] hesab etmək olar.

    Şagirdlərinin dediklərinə nəzər salsaq '' Orta segah'' üzrə hazırda dəstgah rənglərindən çoxunun müəllifinin Mirzə Sadıq olduğunu bütün yaşlı tarçılarımız tam qətiyyətlə söyləyirlər.

     

    Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək '' Segah'' və '' Mirzə Hüseyn'' segahını təkmilləşdirib və   '' Mahur "muğamını yaxşılaşdırıb.

    Azərbaycan muğamına " Mahur hindi" "Orta Mahnur" və "Zabul segah" "Xaric-segah" "Mirzə Hüseyn segahı" "Etim segah" "Çoban bayatı" yaranması Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.

    Tar alətinin və onun ifaçılıq sənətinin üzərində irəli sürdüyü yeniliklər az müddətdə bütün Zaqafqaziya və Orta Asiya tarzənləri tərəfində danışıqsız qəbul olundu. Onun yaratdığı yeni tar yəni Azərbaycan tarı bütün Qafqaz və Orta Asiyada məşhur olan primitiv 5 simli zəif səsli tarı sıxışdırıb ortadan çıxartdı.

    Görkəmli sənətkarımız haqqında çox fikirlər və həqiqi təriflər söyləmək olar. Amma onun istedadının həvəsinin və bu sənətə olan eşqinin qaynağını əlbəttə ki unutmaq olmaz. Təbiidir ki, bu eşq vətən eşqindən qaynaqlanır. Və Sadıqcan bunu hər kəsə hər kəliməsində duyurmuşdur. Sadıqcan haqqında yazdığımız kiçik  yazı işini bir tarixi hadisəni nəzərinizə çatdırmaqla yekunlaşdırmaq istərdik: “Bir gün İran şahzadəsi Müzəffərəddinin toyunda elə məharət göstərmişdir ki Nəsrəddin şah onu "Şirxurşid" ordeni və qızıl medallarla təltif etmişdir. O şahın" Qal İranda mənim məclislərimin şahı ol "təklifinə belə cavab vermişdir." Mən vətənim – Qarabağsız bir gün belə yaşaya bilmərəm" ”. [5]

    Bu gün Azərbaycan Respulikasının prezidenti, Ali Baş Komandanın yüksək siyasəti nəticəsində doğma diyarızım Şuşa mənfur düşməndən azad olunmuşdur. Bu tarix bütün Azərbaycan xaqlının təqviminə qızıl rəqəmlərlə qeyd olundu.

    08.11.2020-Şuşa azaddır! Və bu diyarda doğulan Azərbaycanın hər bir incəsənət xadimi artıq öz məzarlarında rahat yata bilərlər.

    Düşünürəm ki, gələcəkdə böyük həcmli musiqi proektləri ilə Şuşada konsertlər veriləcək və bu tədbirlər haqqında maraqlı məqalələr musiqişünaslar tərəfindən yazılacaq.

     

    [1] Qeyd edək ki,xalq artistləri Əfrasiyab və Şəmsi Bədəlbəylilər onun oğlu, Fərhad Bədəlbəylin isə onun nəvəsidir.

    [2] http://www.anl.az/down/meqale/iki_sahil/2017/may/541097.htm

    [3] https://www.youtube.com/watch?v=rCF4i7-9-Xw

    [4] Novator– [lat. novator – yeniləşdirən] 1)yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən; 2)hər hansı bir fəaliyyət sahəsində yeni, qabaqcıl düşüncələri, prinsipləri, ideyaları, üsulları, yolları irəli sürən və həyata keçirən adam.

    [5] https://www.youtube.com/watch?reload=9&v=rCF4i7-9-Xw