• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 noyabr 2020-ci il

     Sazın sözün beşiyi Kəlbəcər, Dədə Şəmşir

    Məlikova Şəfəq

    Bakı Musiqi Akademiyası

    Tarix nəzəriyyə fakültəsi

    Musiqişünaslıq ixtisası

    I kurs

    Sazın sözün beşiyi Kəlbəcər, Dədə Şəmşir

    Ulu söz diyarı Kəlbəcər təkcə maddi sərvətlər məkanı deyil, həm də sazın-sözün beşiyi, mənəvi sərvətimizin qaynar çeşməsidir. Azərbaycan aşıq sənətinə öz tövhəsini verən aşıqların sırasına Kəlbəcər Aşıqlarını da aid etmək olar. Bu aşıqlar sırasına: Şair Aşıq Dədə Şəmşir, Şair aşıq Allahverdi Qəmkeş, Aşıq Ədalət Dəlidağlı və s. daxildir.

    Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla – Aşıq Şəmşirlə tanış olur  və ona məşhur qoşmasını həsr edir. Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və muxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızı ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdiyinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb. Aşıq Şəmşir şeiriyyətinin çox maraqlı xüsusiyyətləri vardır. Onun yaradıcılığında söz və ifadələrin zərgər dəqiqliyi ilə seçilməsinin, zərif, mədəni, yumordan, canlı xalq danışıq dilindən, ədəbi və bədii dilin elementlərindən ustalıqla istifadənin şahidi oluruq. Şəmşir yaradıcılığı şərtləndirlən başlıca cəhət sözdən ən münasib şəkildə istifadə etmək bacarığıdır. Onun yaradıcılığında aşıqlıq və şairlik qoşa qanad kimi paralel inkişaf etmişdir. Aşığın “Şerlər” adlı ilk kitabı 1959-cu ildə, şairin 66 yaşı olanda nəşr edilmişdir. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın 1971-ci ildə “Qoşmalar”, 1974-cü ildə “Seçilmiş əsərləri”, 197-ci ildə “Dağ havası”, 1980-cı ildə “Şerlər”, 1966-cı ildə “Öyüdlər” və digər kitabları işıq üzü görmüşdür. Aşıq Şəmşir şeirlərində özü, öz nəsli, atası Qurban haqda maraqlı məlumatlar verir. Öz zamanında nə qədər məşhur olsa da, əsil el ağsaqqalı, məsləhətçisi kimi təvazökarlıq edir. Özünü sızqa bulaq, atası şair Qurbanın təbini dərya ilə müqayisə edir.

    Mən bir sızqayamsa, atam – bir dərya,

    Həmin o dəryanın adasıyam mən.

    Onun şeri bənzər daşqın bir çaya,

    Payıma nə düşsə, dadasıyam mən.

    20-ci əsr Azərbaycan aşıq poeziyasının ən tanınmış və məşhur simalarından biri Aşıq Şəmşirdir. Əgər 16 əsrdə Dirili Qurbani, 17 əsrdə Tufarqanlı Abbas, 17-18 əsrlərdə Xəstə Qasım, 18 əsrdə Abdalgülablı Valeh, 19 əsrdə Aşıq Ələsgər və aşıq Ağdabanlı Qurban aşıq poeziyasına öncüllük edib sənətin zirvəsində dayanırdılarsa, 20 əsrdə Aşıq Şəmşir bu məqama çatmışdır. Aşıq Şəmşirin aşıq-şairlik səcərəsi uzun əsrlərdən qaynaqlanıb gəlir.1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdala öz möhürü ilə təsdiqlənmiş Şəhadətnamə vermişdir. Xətai öz dəsti-xətti ilə yazırdı ki, bu şair, yəni Miskin Abdal, öz ağlı və kamalı ilə şahlığa layiqdir. Hazırda Şah İsmayıl Xətainin imzaladığı həmin fərmanların əsli Göranboy rayonun Qaradağlı kəndində yerləşən, Miskin Abdal ocağında saxlanılır.

    İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifadəsində 75 aşıq havasını lentə köçürüb. Təbii ki, aşığın yaşadığı zaman payı elmi-texniki inqilab dövrü adlansa da, bugünki texniki vasitələr yox idi. Və Azərbaycan radiosunu Qızıl fondunda saxlanılan lent yazılar min cür zəhmət bahasına yazılmışdır. Şükür edirik ki, nə yaxşı belə bir sənətkarın, fitrət sahibinin lent yazıları az da olsa, bu günümüzə qədər gəlib çatmışdır. Aşıq Şəmşir 1980-ci ildə 87 yaşında dünyasını dəyişib.

     

    ƏDƏBİYYAT SİYAHISI

    Sədnik  Paşa Pirsultanlı (Paşayev) “Sazın-sözün beşiyi Kəlbəcər, Aşıq Dədə Şəmşir” Bakı 2008