• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 mart 2019-cu il

    5 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında müxtəlif fakultələrdə təhsil alan bir qurup seçilmiş tələbə BMA-nın ictimai-siyasi həyatında fəal iştirakına, mədəni-kütləvi tədbirlərin təşkilində fərqləndiyinə görə həmçinin 2 fevral “Gənclər günü” münasibətilə Fəxri Fərmanla təltif olunublar.

    Qeyd edək ki, diplomları tələbələrə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, İfaçılıq fakültəsinin Dekanı, Əməkdar incəsənət xadimi, professor Abbaszadə Nəzmiyyə, Həmkarlar İttifaqının sədri, Əməkdar müəllim, dosent Qafulov Aqil, Tarix-nəzəriyyə fakültəsinin Dekanı, sənətşünaslıq doktoru, professor Mahmudova Gülzar və Fortepiano fakültəsinin Dekanı, Əməkdar müəllim,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi təqdim edərək onlara öz ürək sözlərini və təbriklərini çatdırmışlar. Onlar tələbələrə bu yolda uğurlar arzu edərək daim ictimai tədbirlərdə aktiv olmalarını tövsiyyə etmişlər. Fəxri Fərmanla təltif olunan tələbələr bunlardır:
    Irşadi Gülnar Fortepiano fakültəsi III kurs
    Əmiraslanov Nəriman Fortepiano fakültəsi III kurs
    Əliyev Alp Fortepiano fakültəsi IV kurs
    Saramanova Elnarə Musiqi müəllimliyi II kurs
    Ələkbərzadə Eldəniz Fortepiano fakültəsi III kurs
    Cəbrayilova Saniyə Tarix nəzəriyyə fakültəsi II kurs
    Əliyeva Sara Tarix nəzəriyyə fakültəsi III kurs
    Qasimova Aytac Tarix nəzəriyyə fakültəsi III kurs
    Quliyeva Nəzrin Tarix nəzəriyyə fakültəsi III kurs
    Əliyeva Nəzrin Tarix nəzəriyyə fakültəsi II kurs
    Pirəliyeva Syuzan Tarix nəzəriyyə fakültəsi III kurs
    Salmanov Toğrul Tarix nəzəriyyə fakültəsi magistr I kurs
    Hüseynov Orxan İfaçılıq fakültəsi III kurs
    Əmişov Əli İfaçılıq fakültəsi III kurs
    Rzayev Bahadur İfaçılıq fakültəsi III kurs
    Kərimli Qəmər İfaçılıq fakültəsi III kurs
    Məmmədzadə Isa İfaçılıq fakültəsi II kurs
    Tağizadə Mahir İfaçılıq fakültəsi IV kurs
    Əliyev Hidayət İfaçılıq fakültəsi IV kurs
    Babayeva Gülər Tarix nəzəriyyə fakültəsi II kurs
    Əsədova Ləman Tarix nəzəriyyə fakültəsi II kurs
    Səfərli Elvira Tarix nəzəriyyə fakültəsi II kurs
    Tağiyeva Səbinə Tarix nəzəriyyə fakültəsi II kurs

    Təbrik edirik!