• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 fevral 2019-cu il

    Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi


    06-09 fevral 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə 42 ərizə daxil olmuş, 53 iştirakçı mübarizə aparmışdır. Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya və Ukrayna musiqiçiləri müsabiqədə iştirak etmişlər.
    Müsabiqənin ideya müəllifi, təşkilatçısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azad Əliyevin tələbəsi olmuş Məleykə Əhədzadədir.
    Müsabiqənin münsiflər heyəti arasında Azərbaycanın görkəmli xadimləri, Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələrdən nümayəndələr, N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), L.Barştak (İsrail), F.Masuda (Özbəkistan) vardır. Münsiflər heyətinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadədir.
    Müsabiqədə 4 nominasiya: violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı üzrə iştirakçılar çıxış edib.
    Violin solo nominasiyası üzrə A qrupu (7-9 yaş): Mirzəəhmədov Əsilbəy/Özbəkistan/ müəllim Əhmədova Masuda (I yer), Əliyeva Amaliya/ Azərbaycan/ müəllim Dadaşova Qəmər (II yer), Mehdiyeva Fatimə /Azərbaycan/ müəllim Həmidova Nailə (III yer)
    B qrupu (10-12 yaş): Kayratkızı Tomiris /Qazaxıstan/ müəllim Madenova Dana (I yer), Əhmədova Səidə /Rusiya-Azərbaycan/ müəllim Ağayeva İlhamə (I yer), Kultayeva Akbope /Qazaxıstan/ müəllim Madenova Dana (II yer), Şavkat Asem /Qazaxıstan/ müəllim Madenova Dana (III yer), Morqunov Vadim/Rusiya/ müəllim Səlimova Gülnarə (Diplom)
    C qrupu (13-15 yaş): Cəfərov Zeyn Rasim /Azərbaycan/ müəllim Məmmədov Hacı (II yer), Aşumov Oruc/Azərbaycan/ müəllim Aslanova Mina (II yer), Məmmədzadə Kənan/Azərbaycan/ müəllim Eyvazov Nadir (II yer)
    D qrupu (16-18 yaş): Nəcəfli Canel/Azərbaycan/ müəllim İdiyatullina Fatima (I yer), Mustafazadə Osman /Azərbaycan/ müəllim Quliyeva Zəhra (I yer), Maqamedova Raqimat /Rusiya/ müəllim Yenyukov Nikolay (III yer)
    E qrupu (19-21 yaş): Əsədova Ləman /Azərbaycan/ müəllim Quliyeva Zəhra (I yer), Maxkamova Muslimaxon /Özbəkistan/ müəllim Kurbanov Baxrom (II yer), Eyyubov Süleyman /Azərbaycan/ müəllim Ağayeva İlhamə (II yer), Ələkbərli Günel /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (II yer), Abdullayeva Aysel /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (III yer)
    F qrupu (22-25 yaş): Pyatovolenko İvan /Ukrayna/ müəllim Bajenov Anatoliy (Gran Prix)
    Violin duet nominasiyası üzrə C qrupu (13-15 yaş): Muradlı Nəzrin (I violin)-İlyaszadə Hidayət(II violin) /Azərbaycan/ müəllim Mövsümova Fəridə (Diplom)
    D qrupu (16-18 yaş): Nəcəfova Gülnar(I violin)-Musayev Hüseyn (II violin)/Azərbaycan/müəllim Əhədzadə Məleykə (III yer), Əbilova Nərmin (I violin)-Bayramova İnci (II violin) /Azərbaycan/ müəllim Əhədzadə Məleykə (Diplom)
    Kamera ansamblı nominasiyası üzrə D qrupu (16-18 yaş): Əliyeva Fatimeyi Zəhra (fortepiano) - Abubəkirova Renata (violin) /Azərbaycan/ müəllim Əhmədbəyeva Fəridə (I yer)
    E qrupu (19-21 yaş): Fortepiano triosu/Azərbaycan/ müəllim Neymanova Kəmalə/ Nəsibli Fatimə (violin), Hüseynov Orxan (violonçel), Manafzadə Atabala (fortepiano) (I yer), Rəsulova Şükufə (violin) - Əhmədbəyova Fəridə (fortepiano) /Azərbaycan/müəllim Əhmədbəyova Fəridə (II yer); Fortepiano kvarteti /Azərbaycan/ müəllim Neymanova Kəmalə Nəsibli Fatimə (violin), Əmişov Əli (viola), Kərimli Əsmər (violoncel), Leyla Zeynalova (fortepiano) (II yer), Mirqulamlı Xədicə (violin) - Əhmədbəyova Fəridə (fortepiano) /Azərbaycan/ müəllim Əhmədbəyova Fəridə (III yer); Simli kvartet /Azərbaycan/ müəllim Nurullayeva Gülnarə/ Nəsibli Fatimə(I violin), Rəsulova Şükufə(II violin), Əmişov Əli(viola), Xuduzadə Təhminə(violonçel) (III yer)
    F qrupu (22-25 yaş): Əsgərli Arzu (fortepiano)-Muxtarova Lalə (violin) /Azərbaycan/ müəllim Muxtarova Lalə (III yer)
    Konsertmeyster ustalığı nominasiyası üzrə: Əhmədbəyova Fəridə (fortepiano) /Azərbaycan/ (I yer), Muxtarova Lalə (violin) /Azərbaycan/ (I yer), Cəbrayılzadə Sevinc (fortepiano) /Azərbaycan/ (I yer), Xəlilzadə Səma (fortepiano) /Azərbaycan/ (II yer) ə layiq görülüblər.