• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 fevral 2019-cu il

    Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I beynəlxalq müsabiqəsi

    06.02.2019-cu il tarixində Ü.Hacıbəyli adın Bakı Musiqi Akademiyasında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I Beynəlxalq müsabiqəsinin açılış mərasimi baş tutmuşdur. Müsabiqənin ideya müəllifi, təşkilatçısı Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azad Əliyevin tələbəsi olmuş Məleykə Əhədzadədir.
    Müsabiqənin münsiflər heyəti arasında Azərbaycanın görkəmli xadimləri, Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələrdən nümayəndələr, N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), L.Barştak (İsrail), F.Masuda (Özbəkistan) vardır. Münsiflər heyətinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadədir.
    Müsabiqə 06-09 fevral tarixləri ərəfəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək. Müsabiqədə iştirak üçün Özbəkistan, Ukrayna, Qazaxıstan, Rusiya və Azərbaycandan iştirakçılar qatılmışlar.
    Müsabiqə 4 nominasiyada keçirilir: violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı.
    Müsabiqənin açılış tədbirində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə Birinci prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva rektorluq adından gələn qolaqları salamladı və iştirakçılara uğurlar dilədi. Daha sonra Müsabiqənin təşkilatçısı, professor Məleykə Əhədzadə münsiflər heyətini iştirakçılara, qonaqlara təqdim etdi. İlk söz Təşkilat komitəsinin sədri, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovaya verildi. O, sənətkarın yaradıcılığı haqda çıxış etdi. Sonra onun tələbələrindən İsraildə fəaliyyət göstərən, münsiflər heyətinin üzvü Leonid Barştak Azad Əliyev haqda öz xatirələrini danışdı. Onun necə böyük sənətkar olmasından, insani keyfiyyətlərindən söz açdı. Münsiflər heyətinin üzvi, görkəmli violinoçu Azad Əliyevin oğlu, müsabiqəyə Türkiyədən münsif kimi qatılan Nazim Azadoğluya söz verildi. N.Azadoğlu atasının sənətindən, yaradıcılığından iştirakçıları, gələn qonaqlara söz açdı.
    Münsiflər heyəti iştirakçılara uğurlar diləyib müsabiqəni açıq elan etdilər.