24 yanvar 2019-cu il
“İlin peşəkar gənci “ müsabiqəsində Bakı Musiqi Akademiyasının nümayəndəsi qalib oldu.
24 yanvar 2019-cu il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi “İlin peşəkar gənci “ müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqənin qalibləri sırasında Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin “Nəfəs və zərb alətləri “ kafedrasının müəllimi Məmmədov Anar Fizuli oğlu olmuşdur. Nümayəndəmizə fəxri fərman və qiymətli hədiyyə təqdim edilmişdir. Təbrik edirik!