• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 oktyabr 2022-ci il

    18 oktyabr  Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri-Müstəqilliyimizin bərpası günüdür!

    Müstəqilliyimiz daim əbədi və sarsılmaz olsun!

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qruplarının Xor kollektivinin ifasında Müstəqilliyin bərpası gününə həsr olunmuş video-çarx

     "Azərbaycana gəlsin!"

    Sözləri: Süleyman Rüstəm

    Musiqisi: Tofiq Quliyev

    İşləyən: Dmitriy Babayev

     https://www.instagram.com/reel/Cj2AilhoG1P/?igshid=Y2IxNTc5OTQ=