• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 oktyabr 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında yüksək reytinq göstəriciləri əldə etmiş 8 müəllim mükafatlandırıldı.

     
      Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətində, musiqi mədəniyyətimizin inkişafında və yüksək ixtisaslı kadrların  yetişdirilməsində  böyük əmək sərf edən  pedaqoji heyətin stimullaşdırılması məqsədilə növbəti mükafatlandırılma reallaşıb. Tədbirdə Bakı Musiqi Akademiyasının  Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor  Nərminə Quliyeva çıxış edərək, yüksək reytinq göstəriciləri əldə etmiş  müəllimlərin Akademiyanın nüfuzunun artırılmasındakı və tələbələrin peşəkar inkişafındakı müstəsna xidmətlərini vurğulamışdır. O, pedaqoji fəaliyyəti  və yaradıcılıq uğurları ilə seçilən müəllimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

     Çıxışın ardından reytinq cədvəlində  fərqlənən  müəllimlər Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı Komitəsi tərəfindən  Fəxri Fərman və pul mükafatı ilə təltif olunmuşlar. Musiqi sənətimizin tərəqqisinə  töhfə verən hər bir müəllimi  ürəkdən təbrik edir və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq!