• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 oktyabr 2026-cı il

    Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının  ikinci kurs magistr tələbələrinin (l qrup)  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi təcrübə təkmilləşmə kursları davam edir.

    Tələbələr Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin qəbulunda olmuşlar.Gülnaz xanım tələbələrin magistr dissertasiyaları üzrə tövsiyə və məsləhətlərini vermiş,onların suallarını cavanlandırmışdır. Tələbələr də xoş təəssüratları ilə Gülnaz xanımla bölüşmüş, maraqlı elmi müzakirələr aparılmışdır.

    Qeyd edək ki, 15 oktyabr 2026-cı il tarixində Bakı Musiqi Akademiyasında Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının  ikinci kurs magistr tələbələrinin (l qrup)  konserti keçiriləcəkdir.