1 iyul 2026-cı il
İyulun 1-də “Musiqi tarixi” kafedrasının 2025–2026-cı tədris ilində yekun iclası keçirilib.
İclasda Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova iştirak edib.
Toplantıda yaz semestrində kafedranın fəaliyyəti ümumiləşdirilərək tədris ilinə yekun vurulub. Qeyd edilib ki, kafedranın fəaliyyəti əsasən tədris, elmi-tədqiqat, tələbələrlə iş və maarifçilik istiqamətləri üzrə həyata keçirilib. Bu istiqamətlərin hər biri vahid konseptual yanaşmanın tərkib hissəsi kimi qarşılıqlı əlaqədə inkişaf etdirilib.
Bildirilib ki, il ərzində kafedranın müəllimləri bir sıra tədris proqramları – o cümlədən yeni fənlər üzrə(“Akademik yazı və etika”, “Ekran musiqisi” və s.) –hazırlayıb, açıq dərslər və vebinarlar keçiriblər. Həmçinin onlar Bakı, Almatı, Astana, Daşkənd və Sankt-Peterburq şəhərlərində baş tutan beynəlxalq elmi konfranslara qatılıb, Bakının nüfuzlu məkanlarında mühazirələrlə çıxış edib, aparıcıteleviziya kanalları ilə fəal əməkdaşlıq gerçəkləşdiriblər.
Kafedranın fəaliyyətində tələbələrlə iş xüsusi yer tutub. Tələbələr müxtəlif müsabiqələrdə, yaradıcılıq yönümlü tədbirlərdə və elmi konfranslarda fəal iştirak ediblər. Elmi rəhbərlərinin başçılığı altında onlar “Sabah” jurnalı üçün müxtəlif mövzularda elmi və publisistik məqalələr hazırlayıblar.
İclasda həmçinin 2026–2027-ci tədris ilində həyata keçiriləcək fəaliyyət istiqamətləri müzakirə olunub. Professor Gülzar Mahmudova xüsusilə bakalavr buraxılış işlərinin və magistr dissertasiyalarının hazırlanması və icrası ilə bağlı konkret tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Kafedranın işində müsbət dinamikanın müşahidə olunduğu da qeyd edilib.


