26 noyabr 2025-ci il
26 noyabr tarixində Bakı Musiqi Akademiyasında "Maestoso" tələbə klubu azərbaycanlı görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil etmişdir.
Tədbirdə tələbələr alimin həyat yolu, elmi fəaliyyəti və Azərbaycanın kimya elmindəki xidmətlərini əhatə edən məruzələrlə çıxış etdilər. Məruzələrdə onun elmdə tətbiqi əhəmiyyət daşıyan kəşfləri və kimya sənayesinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanmışdır.

