26 sentyabr 2025-ci il
26 sentyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 44 günlük Vətən mübaribəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əməkdar incəsənət xadimi, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev və digər professor-müəllim heyəti tərəfindən dərs zamanı ll Qarabağ müharibəsi haqqında mühazirələr keçirilmiş, Azərbaycan torpağının bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın şücaətindən, igidliyindən bəhs olunmuş, xatirələri anılmışdır.