23 may 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir sıra müəllimləri - professor Kəmalə Mirbabayeva, Nərgiz Kəngərli, Cəmilə Abdullazadə, Günel Zeynallı, Könül Hüseynova, Leyla Zeynalova, Aynur İsgəndərova
2025-ci il 12-23 may tarixlərində N.Q.Jıqanov adına Kazan Dövlət Konservatoriyasında ixtisasartırma (onlayn) kurslarında iştirak etmişlər.
Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə və Əlavə təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynovanın iştirakı ilə 30 iyun tarixində kursları təsdiq edən sənədin təqdimetmə mərasimi keçirildi.
Mərasimdə iştirakçılara şəhadətnamələr təqdim olundu.
Müəllimlər ixtisasartırma ilə bağlı təəssüratlarını bölüşdü və onlara yaradılan şəraitə görə rəhbərliyə öz təşəkkürlərini bildirdilər.