• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 aprel 2025-ci il 

    8 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Nəsimi Rayon Polis İdarəsinin rəisi və əməkdaşları tələbələrlə maarifləndirici tədbir keçirdilər.

    Əvvəlcə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor,  Yeganə Axundova hər kəsi salamlayaraq, tədbirin əhəmiyyətindən söz açdı.

    Tədbirə başlamadan öncə BMA-nın tələbələrinin ifasında rəngarəng musiqi əsərləri səsləndirildi. Belə ki, istedadlı gənc musiqiçilər - Beynəlxalq müsabiqələr laureatı, IV kurs tələbəsi Hidayət Sadıqbəyli (Emil Əfrasiyabın Üzeyir Hacıbəylinin  əsərlərindən ibarət “Parafraz”), Beynəlxalq müsabiqələr laureatı, III kurs tələbəsi Kənan Məmmədzadə (Mirhəşim Həşimov-Azad Əliyevin “Rast improvizasiyaları”), Beynəlxalq müsabiqələr laureatı, IV kurs tələbəsi Kənan Rəhmanzadə,  (Müslüm Maqomayevin “Azərbaycan”; Müşayiət edir: Dilarə Kərimova) tədbirin bədii hissəsində yüksək peşəkarlıqla çıxış etdilər.

    Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi polkovnik Vüqar Ağayeva söz verildi. 

    V.Ağayev və onun əməkdaşları sözü gedən mövzu haqqında geniş söhbətlər apararaq, video-çarx vasitəsilə tələbələri zəruri informasiya ilə məlumatlandırdılar.

    Sonda isə vətəndaşlara qarşı kiber üsulla törədilən cinəyətlərin qarşının alınması mşqsəsdilə maarifləndirmə tədbirlərinin əks olunduğu məlumat vərəqəsi tələbələrə paylanıldı.