• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 iyun 2025-ci il 

    Elm və Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi çərçivəsində Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi. 

    2 iyun 2025-ci il tarixində tədbir iştirakçıları öncə “SABAH” məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.

    Ardınca isə “SABAH”ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirildi.

     Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirildi.

     Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olundular.

    Qeyd edək ki, mərasimdə dövlət və özəl qurumların rəsmiləri, Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, ali təhsil müəssisələrinin rektorları və tələbələr iştirak etmişlər.

     Tədbir çərçivəsində Bakı Musiqi Akademiyasının “SABAH” qruplarının tələbələri konsert proqramını təqdim etdilər. Səhnədə Fortepiano ansamblı, İnstrumental ansambllar, Xor kollektivləri uğurla çıxış etdilər.

     Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirildi.