• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2025-ci il 

    Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən Magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalar müəyyən edilmişdir.

    17 mart 2025-ci il tarixində Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanmasına əsasən mədəniyyət ixtisasları üzrə işçi qrupunun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif tarixlərdə iclasları baş tutmuşdur. Baş tutan iclaslarda  Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva iştirak etmişdir. 

    Qeyd edək ki, yeni təhsil proqramlarının hazırlanmasına əsasən 18 mart 2025-ci il tarixinədək mədəniyyət sahəsi üzrə hər bir ixtisas daxilində ixtisaslar və ixtisaslaşmaların siyahısı müəyyən edilib, Elm və Təhsil Nazirliyinə təqdim edilmişdir.

    İclasın gedişatında müvafiq ali təhsil müəssisələrinin və əmək bazarının nümayəndələrinin gərgin və geniş müzakirələri əsasında beynəlxalq təcrübəni və əmək bazarının müasir tələblərini nəzərə almaqla təkliflər hazırlanıblar.

    Ölkəmiz üçün vacib və əhəmiyyətli olan ixtisaslaşmaların müəyyən edilməsi prosesi gənclərimizin geniş seçim imkanlarını təmin edəcək.