25 dekabr 2024-cü il
25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” (Azal) aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğramışdır.
Baş verən qəzada çoxsaylı insan tələfatı olmuşdur.
Həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 26 dekabr ölkə ərazisində matəm elan olunmuşdur.
Matəm günü ilə əlaqədar 26 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik!