23 dekabr 2024-cü il
23 dekabr 2024-cü il tarixində İran İslam Respublikasının Bakıdakı Səfirliyinin səfir müavini Seyed Cəfər Ağai və birinci katibi Mohammad Javad Emamianın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova ilə görüş zamanı hər iki ölkə arasında mədəniyyət və təhsil əlaqələrinin inkişafının daha da gücləndirilməsi, yeni layihələrin yaradılması üçün əməkdaşlığın labüdlüyündən və bu istiqamətdə mühüm işlər görüləcəyi barəsində söhbət etdilər.
Sonda görüşdən xatirə şəkilləri çəkdirildi.