16 dekabr 2024-cü il
16 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsi SABAH qrupların II kurs musiqişünas-tələbələrinin təqdimatında AÇIQ MUSİQİ LEKTORİYASI VƏ TƏLƏBƏ POSTERLƏRİ layihəsi təqdim olundu.
Qeyd edək ki, lahiyə rəhbəri “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Əməkdar müəllim Sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudovadır.
Koordinator-müəllim isə “Musiqi tarixi” kafedrasının professoru, Sənətşünaslıq üzrə elmlər doktoru Kəmalə Ələsgərlidir.
Layihənin proqramında maraqlı mövzulara toxunuldu.
Tələbələr Gültəkin Behbudlu (tədbirin aparıcısı), Selcan Həsənli, Jalə Quliyeva, Aysel Tağıyeva, Fatimə Nurməmmədova, Fatma Abdullayeva, Aygün Yusibova Gülnur Sabirli, Nəzrin Abdullayeva, Fidan Seyidzadə, Nəcibə Oğulova, Nərmin Mədətli, Xəyal Əsədli, Mehparə Zeynalova “Səyyar nəğmə və ya sabit melodik növ”,P.İ.Çaykovskinin əsərlərində R.Vaqnerin “tale leytmotivi” intertekstuallıq məcrasında, D.Şostakoviçin 5 saylı simfoniyasının naməlum səhifələri mövzuları ilə çıxış etdilər.
Təqdimat hər kəs tərəfindən böyük maraqla qarşılandı.