• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-18 oktyabr 2024-cü il

    14-18 oktyabr 2024-cü il  Erasmus Exchange proqramı çərçivəsində Türkiyə Respublikasının Adıyaman Universitetinin və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın məzunu və hal-hazırda konsertmeystr vəzifəsində çalışan, beynəlxalq müsabiqələr laureatı Zuleyxa Usubova Adıyaman Universitetinə səfər etmişdir.
    Qeyd olunan müddət ərzində Universitetdə keçirilən  konsertdə Azərbaycan və türk bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış etmişdir. Həmçinin solo ifalarla yanaşı, Adıyaman Universitetinin müəllimi ilə duet nömrələri də yer almışdır. Bundan əlavə, Zuleyxa Usubova, onların təhsil proqramları ilə tanış olmuş, Bakı Musiqi Akademiyasının təhsil sistemi haqqında məlumat vermişdir. Həmçinin bir il sonraya planlaşdırılan konsert proqramı və digər əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılmış və gələcək planlar müzakirə etmişdir.