• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 aprel  2024-cü il

    2023-cü il noyabr ayından başlayaraq, 2024-cü ilin aprel ayına qədər davam edən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən “Karyera məsləhətçilərinin Təkmilləşdirilməsi proqramı” başa çatdı. 

    Qeyd edək ki, layihənin rəhbəri Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayevadır.

    04 aprel tarixində “Karyera məsləhətçilərinin Təkmilləşdirilməsi proqramı”nın nəzəri və praktiki hissəsini uğurla başa vuran Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Karyera mərkəzinin mütəxəssisi İlahə Allahverdiyevaya Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev tərəfindən sertifikat təqdim olunmuşdur.