• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 yanvar  2024-cü il

    16 yanvar 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatı tərəfindən yerli təşkilatın qərargahında 7 fevral 2024 il tarixində keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkilərində 18-22 yaş arası gənclər ilə görüş keçirilmişdir.

    Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha sonra, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev haqqında film izlənildi. 

    Tədbir, YAP Nəsimi Rayon təşkilatının sədri Azər Süleymanovun çıxışı ilə davam edirildi. Həmin tədbirdə YAP-ın Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyası üzrə sədri, Fəlsəfə elmləri doktoru, BMA-nın “Azərbaycan Ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının professoru  Mina Hacıyevanın təşkilatçılığı ilə   "Musiqişünaslıq" fakültəsinin 1 kurs magistr tələbələri - Ulduz Əliyeva, Selcan Şabanlı, "Musiqi müəllimliyi" ixtisasının l kurs tələbələri - Aişə Əsədli, Günel Nəsibova, Nilufər Ağayeva, Mələk Mirzəzadə iştirak etdilər.