• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 yanvar  2024-cü il

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən spartakiadada qalib gələn nümayəndələrimizi təbrik edirik!

    15 yanvar  2024-cü ildə ATİAHİ Respublika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə  ali məktəb işçiləri arasında keçirilən spartakiada qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  nərd idman növü üzrə nümayəndələri həmin yarışmada birinci yerə layiq olduğuna görə  diplom, kubok və  qiymətli hədiyyələrlə təltif edilmişdir. Bizim işçiləri bu qələbə münasibətilə təbrik edirik!