• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 sentyabr 2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir qrup müəllimləri - Əməkdar artist Nigar Məlikova, dosentlər Züleyxa Abdulla, Aynur Xəlilova, baş müəllimlər Nigar Həsənova, Afaq Qarayeva, Lalə Muxtarova, Günel Eyvazzadə, müəllimlər Cəmilə Əmirova, Günel Kazımova N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasında  ixtisasartırma(onlayn) kurslarında iştirak etmişlər. 

    27 sentyabr 2023-cü il tarixində ixtisasartırma  kursunu keçən müəllimlərə şəhadətnamələrinin təqdimatı keçirilmişdir.

     Təqdimatda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar İncəsənət Xadimi, Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, əlavə təhsil şöbəsinin müdiri Nərgiz Hüseynova iştirak etdilər. N.Quliyeva çıxış edərək müəllimlərə gələcək işlərində uğurlar arzuladı. G.Abdullazadə ixtisasartırma haqda hər kəslə fikirlərini bölüşdü. Yeganə Axundova da müəllimləri təbrik edərək, hamıya müvəffəqiyyət arzuladı. N.Hüseynova təşkilatı işlərdə kömək və dəstəyə görə rəhbərliyə öz minnətdarlığını bildirdi.