• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 dekabr 2022-ci il

    23.12.2022-ci il tarixində  Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında “Azərbaycan son 19 ildə” adlı tədbir keçirildi.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və sonra isə,  Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbir “Azərbaycan son 19 ildə” adlı video-çarxın nümayişi ilə davam etdirildi.

    Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,  Azərbaycan-Fransız Universitetinin (UFAZ)  direktoru  Vazeh Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Vətən müharibəsi qaziləri adından söz alan Rüfət Salmanov çıxış etdilər.

    Üzeyir Hacıbəyli adına BMA-dan isə    Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasının baş laborantı, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) iştirak etdi.