• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2022-ci il

    19 dekabr 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.

    Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak etdi.

     Aksiyaya Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan əcnəbi tələbələr - Ghahramani Fard Yashar Shokrollah (İran Islam Respublikası vətəndaşı), İlkin Mamedov  (Rusiya Federasiyası vətəndaşı), Basbozkurt Sutoy Eshaqh (İsveç vətəndaşı ) və BMA-nın Layihələr üzrə koordinatoru Rəşad Məmmədov da qatıldılar.

    Ağacəkmə kampaniyasında müvafiq qurumların aidiyyəti struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbərliyi də sözügedən kampaniyaya qoşuldular.

    Sözügedən aksiya zamanı altı hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4200 ədəd eldar şamı, əncir və püstə ağacları əkildi.

    Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirildi.